24 Yanvar 2020 13:59
1 943
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton Post” qəzeti ABŞ Prezidenti Donald Trampın İrana qarşı sensasion planını yayımlayıb.

Teleqraf.com xəbər verir ki, nəşr İrana yönəlik sanksiyaların daha da sərtləşəcəyi və genişlənəcəyini, İranda yaşayan əfqanların daha yaxşı həyat məqsədilə Türkiyəyə axın edəcəyi barədə anons edib.

“Vaxtilə Sovetlər Birliyinin Əfqanıstanı işğal etməsi minlərlə şəxsin İrana mühacirəti ilə nəticələndi. Bu gün həmin adamlar yenidən daha etibarlı və yeni yer axtarışı ilə Türkiyəyə üz tutur. Bu dəfəki köçün səbəbi isə ABŞ-ın İrana yönəlik sanksiyalarının yaratdığı çətin iqtisadi şərtlərlə bağlıdır”, - deyə məqalədə vurğulanır.

İran sərhədindəki şəhərlərdə əfqanların sayının getdikcə artdığı, bir çoxunun küçə, park, avtobus terminallarında yatdığı qeyd edilib.

Türkiyə Daxili İşlər Nazirliyinin son açıqlamasında 2019-cu ildə Türkiyəyə gələn ən böyük mühacir qrupunun Əfqanıstan vatandaşları olduğu, onların sayının 184 minə çatdığı deyilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər