25 Yanvar 20:25
1 623

Rusiya prezidentinin köməkçisi Vladislav Surkov tutduğu postu "Ukrayna istiqamətində" kursun dəyişməsi ilə əlaqədar tərk edib.

Teleqraf.com xəbər verir ki, bunu özünün Telegram kanalında Siyasi Konyukturalar Mərkəzinin direktoru Aleksey Çesnakov bildirib.

Onun sözlərinə görə, Surkov bir aydan sonra bu qərarın səbəbi və gələcək planları barədə məlumat verməyi vəd edib.

Qeyd edək ki, Vladislav Surkov 26 mart 2004-cü ildən 7 may 2008-ci ilə, eləcə də 20 sentyabr 2013-cü ildən indiyədək Rusiya prezidentinin köməkçisi vəzifəsində çalışıb.


Müəllif: Nahid