Türkiyənin Elazığ vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində 1547 nəfər xəsarət alıb, 30 bina dağılıb, daha 81-nə ciddi ziyan dəyib.
Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ rayonunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib.
Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.