Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda baş verən zəlzələdən sonra Dürdanə Aydın və həyat yoldaşı Zülküf Aydını dağıntılar altından xilas edən suriyalı tələbə Mahmud əl-Osman və ailəsinə vətəndaşlıq veriləcəyini deyib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bu barədə jurnalistlərin suallarına cavab verərkən danışıb.
Osmana Türkiyə vətəndaşlığı verilib-verilməyəcəyi barədə suala Ərdoğanın cavabı belə olub:
“Mahmud dırnaqları ilə torpağı qazır, qardaşımızı və həyat yoldaşını xilas edir, sonra evində onlara baş çəkir. Bunu hər kəs edə bilməz.
Fahrettin bəy (rabitə naziri) “Mahmud qardaşımıza vətəndaşlıq verilə bilərmi?” deyə soruşur. Necə yəni veriıə bilərmi? Əlbəttə veriləcək, verdik. Burada oxuyur, türk dilini bilir, ailəsənə də vətəndaşlıq verəcəyik”.