İran deputatları Nüvə Silahının Yayılmasını Önləyən Razılaşmadan çıxmağı nəzərdə tutan qanun təklifini ölkə parlamentinə təqdim edib.
Teleqraf.com xəbər verir ki, deputat Əhməd Əmirabad iki qanun layihəsinin təqdim edildiyini bildirib.
Qanun layihələrindən biri İranın 5+1 nüvə anlaşması sazişindın çıxması, digəri ABŞ-ın Tehrana qarşı təktərəfli sanksiyalarına dəstək verən ölkələrin cəzalandeırılmasını nəzərdə tutur.
Qeyd edək ki, İran və AB, 2015-ci ildə Çin, Fransa, Almaniya, Rusiya və İngiltərənin iştirakı ilə nüvə sazişi imzalayıb.