29 Yanvar 2020 10:42
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu (Bəşər Əsəd) İdlib vilayətinin ən böyük rayonu Maarratünnumana nəzarəti ələ keçirib.

Teleqraf.com xəbər verir ki, sözügedən bölgədə uzun müddətdir silahlı müxaliflər və Əsəd qüvvələri arasında qarşıdurmalar gedirdi.

Rejim qüvvələri Rusiyanın hava dəstəyi altında bir gün içində İdlibin cənub-şərq bölgələrində ümumilikdə 15 məntəqəni ələ keçirib. Əməliyyatlar çərçivəsində bölgənin ən böyük rayonu Maarratünnumana da nəzarət təmin olunub.

Maaratünnuman İdlibin ən böyük rayonudur, 2012-ci ildən qiyamçı müxaliflərin nəzarətində idi.

Vətəndaş müharibəsinin başlamasından bu yana bölgədən 300 min nəfər köç etməyə məcbur olub.


Müəllif: Mənsur Rəğbətoğlu