Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın təqdim etdiyi “Əsrin müqaviləsi”ni “İsrail tərəfindən Fələstin torpaqlarının ilhaqının leqallaşdırılması” adlandırıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri Donald Trampın İsrail-Fələstin münaqişəsinə dair planına etiraz edib.
“Qüds İsrailə verilməyəcək. Bu plan sülh gətirməyəcək, Qüdsü İsrailə təhvil vermək planı qəbuledilməzdir. Bu plan fələstinlilərin bütün hüquqlarını ləğv edir və İsrailin işğalını qanuniləşdirir”, - Ərdoğan deyib.