30 Yanvar 2020 01:31
2 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərin Baş naziri Abdullah ibn Nasir bin Xəlifə əl-Saninin istefasının səbəbi barədə rəsmi açıqlama verilməməsi müxtəlif spekulyasiyalara səbəb olub.

Teleqraf.com xəbər verir ki, Londonda Türkiyə əleyhinə yazılar dərc edən "Əl Ərəb" qəzeti Qətər əmiri ilə baş nazir arasında anlaşılmazlıq olduğunu iddia edib.

Nəşr tərəflər arasında anlaşılmazlığı Türkiyənin regionda getdikcə artan nüfuzu və Qətərin rəsmi Ankaranın yanında olması ilə əlaqələndirib.

Əl-Sani Türkiyənin getdikcə güclənməsindən narahatlıq duyaraq bu barədə mövqeyini əmirə çatdırıb və istefa ərizəsini yazıb.

Sabiq baş nazir Səudiyyə Ərəbistanı ilə yaxınlaşmanın tərəfdarı olduğunu bəyan edib.

Doha administrasiyasına yaxın mənbə isə Qətər baş nazirinin Türkiyəyə görə istefa verdiyi barədə iddiaların gülünc olduğunu bildirib. Mənbə əl-Saninin istefasının əsl səbəbinin səhhətindəki ciddi problemlərlə bağlı olduğunu söyləyib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər