2019-cu ildə Gürcüstanın Qara dəniz sahillərində yerləşən Acarıstan Muxtar Respublikasına 2 milyona qədər xarici turist gəlib, bu da bir il əvvələ nisbətən 3.7% çoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Acarıstan Turizm İdarəsi məlumat yayıb.
Məlumata görə, bölgəyə edilən beynəlxalq səfərlərin əksəriyyəti ənənəvi hədəf ölkələrdən olub. Liderlər bunlardır: Türkiyə 894.750, Azərbaycan 206.412, Rusiya 106.276, İsrail 100.992 və Ukrayna 59 342 turist.