2 Fevral 2020 23:00
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Maykl Pompeo Özbəkistana səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

ABŞ Dövlət katibini Daşkənddə İslam Kərimov adına Beynəlxalq Aeroportda Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov qarşılayıb. M. Pompeo sabah Özbəkistan Prezidenti Şövkət Mirzoyevlə görüşəcək. M.Pompeo ilə keçiriləcək görüşlərdə imzalanmış sazişlərin və 2018-ci ildə Vaşinqtonda Özbəkistan-ABŞ sammitində əldə olunmuş razılaşmaların həyata keçirilməsi, o cümlədən beynəlxalq məsələlərə dair müzakirələr aparılacaq.

ABŞ Dövlət katibi daha sonra Daşkənddə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşə qatılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər