Çinin Uxan şəhərində yeni növ koronavirus (2019-nCoV) epidemiyasından ölənlərin sayı 361-ə, virusa yoluxanların sayı isə 17205-ə çatıb.
Teleqraf.com xəbər verir ki, ölkədə dəfn mərasimləri məhdudlaşırılıb, ölənlərin cəsədlərinin yandırılmasına qərar verilib.
Ümumdünya Səhiyyə Komissiyasının yazılı açıqlamasına görə, virusa yoluxanlardan 2296 nəfərin vəziyyəti ağırdır.
İnfeksiyada şübhəli bilinənlərin sayı 21558 olduğu halda, müşahidə altına alınanların sayı 152700-ə çatıb.
İnfeksiyaya yoluxanların sayı Honqkonq Xüsusi İnzibati Bölgəsində 15, Makao Xüsusi İnzibati Bölgəsində 8, Tayvanda isə 10 nəfərə yüksəlib.
Ölkədə son 24 saat ərzində koronavirus epidemiyası səbəbindən 57 nəfər ölüb və 2829 yeni virusa yoluxma halı aşkarlanıb.
Hubey əyalətində 11177 nəfər, vilayətin paytaxtı Uxan şəhərində isə 5 142 nəfər virus nəticəsində dünyasını dəyişib.
Dünyada koronavirusa yoluxanların ümumi sayı 17386-ya çatıb. Yaponiyada 20, Tailandda 19, Sinqapurda 18, Cənubi Koreyada 15, Avstraliyada 12, Almaniyada 10, ABŞ-da 9, Malayziyada Fransa və Vyetnamda 8, 6, Birləşmiş Ərəb Əmirliklərində 5, Kanadada 4, İngiltərədə 2, Rusiya, İtaliya, Hindistan və 2, Nepal, Kamboca, Şri Lanka, Finlandiya, İspaniya, İsveçdə bir nəfər koronavirusa yoluxub.
Çindən kənarda koronavirusdan ölən ilk insan Filippində qeydə alınıb.
Epidemiya səbəbi ilə bir çox hava şirkətləri Çinə uçuşları dayandırıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Beynəlxalq ictimai sağlamlıq təcili yardım" vəziyəti elan edib.