Bölgədə əməliyyat başlayıb və Bəşər Əsəd rejiminə aid olana 30-35 əsgər zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu açıqlamanı Ukrayna səfəri öncəsi jurnalistlərə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan deyib.
Prezident əlavə edib ki, Əsədə bağlı qüvvələrin İdlibdəki türk əsgərlərini şəhid etməsinin qarşılığı verilib: “Cavab verməkdə davam edəcəyik. Hazırda F-16 qırıcılarımız bölgəni vurur. Hücumla bizi sınayanlar xəta ediblər. Əməliyyatları davam etdirməkdə qərarlıyıq”.
Xatırladaq ki, Suriya ordusunun İdlibdə türk ordusuna atəş açması nəticəsində 4 əsgər şəhid olub, 9 əsgər yaralanıb.