İranın hüquq-mühafizə orqanları ölkədə koronavirus xəstəliyi barədə saxta video yayan şəxsi saxlayıb.
Teleqraf.com-un məlumatına görə, ölkənin hüquq-mühafizə orqanları sosial şəbəkələrdə "Kürdüstanda ilk koronavirusa yoluxan şəxsin xəstəxanaya yerləşdirilməsi" adlı videonun yayımlanması ilə maraqlanıblar və xəbərin yalan olduğunu müəyyən ediblər.