Çinin Hubey əyalətində koronavirus xəstəsinə qarşı cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, fevalın 7-də 64 yaşlı çinli qadında koronavirus aşkarlanıb.
Cinayət işinin açılmasına səbəb isə xəstə və ailəsinin Uhana getdiklərini gizlətmələri olub. Qadın özü xəstəxana işçiləri daxil olmaqla, 77 nəfərlə kontaktda olub.
Əyalət hökuməti izolyasiya tədbirləri görüb və qadının yaşadığı və ya olduğu bütün yerləri bağlayıb.