PKK (Kürdüstan fəhlə Partiyası) keçən bazar Türkiyə xüsusi təyinatlılarının Suriyaya keçmək istəyən bir qrup kürdün qarşısını alması ilə əlaqədar olaraq, 2013-cü ildə Türkiyə hakimiyyəti ilə atəşkəs danışığını davam etməyi şübhəli sayır.
ANS PRESS-in məlumatına görə, “Kürdüstan fəhlə Partiyası”nın qolu sayılan kürd icmaları birliyi yaydığı bəyanatda bildirib ki, Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf partiyasının fəaliyyəti “münaqişənin olmaması” vəziyyətinin sonundan xəbər verir.
Birliyin müraciətində qeyd edilir ki, təşkilatın idarə heyəti “kürd xalqına qarşı yürüdülən etibarsız siyasətə qarşı addımlar atacaq”. Ekspertlərin fikrincə bu kürdlərlə Ankara arasında münasibətlərin pisləşməsindən xəbər verir.
Qeyd edək ki, keçən bazar Türkiyə xüsusi xidmət orqanları əməkdaşları Suriyaya keçmək istəyən kürd yaraqlılarının dağıdılması məqsədilə gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. Kürdlər polisə daş atmaqla buna cavab veriblər. Yerli NTV kanalının xəbərinə görə kürdlər Suriya ərazisinə humanitar yardım aparmaq niyyətində olublar.
Daha əvvəl xəbər verilmişdi ki, 300 kürd yaraqlısı strateji vacib olan sərhədyanı Ayn-əl-Ərəb (Kobani-kürdcə) şəhəri yaxınlığında İŞİD ekstremistlərinə qarşı vurşmaq üçün Suriyaya daxil olub. Onlar İŞİD-lə silahlı qarşıdurmada bir-başa iştrak edən “Kürd ali komitəsi”nin bölmələrinə qoşulub.
Xatırladaq ki, 1984-cü ildən davam edən, Türkiyədə fəaliyyəti qadağan edilən “Kürdüstan fəhlə Partiyası” arasında silahlı münaqişə yalnız 2013-cü ildə əldə olunan atəşkəs nəticəsində kəsilib.