İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti ABŞ-ı sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, o, general Qasım Süleymanini öldürməklə ABŞ-ın səhvə yol verdiyini bəyan edib.
“Süleymaninin qanı sayəsində ABŞ-ın İraq və Suriyadakı mövcudluğunun sonu yaxınlaşır. Əfqan mücahidlərinin qərarı ilə ABŞ hərbçilərinin Əfqanıstandan çıxmasının vaxtı gələcək. Süleymanini öldürməklə amerikalılar ağılsızlıqlarını tam mənası ilə nümayiş etdirdilər. İran və İraqdakı dəfn mərasimlərindəki izdiham ABŞ-ın yanlışlığa yol verdiyini göstərdi”, - deyə Vilayəti qeyd edib.
Qeyd edək ki, ABŞ-ın Bağdad hava limanına hücumu nəticəsində yanvarın 3-də İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” briqadasının komandanı Qasım Süleymani, İraqın Haşd-Şabi qüvvələrinin (Xalq Səfərbər Qüvvələri) rəhbər müavini Əbu-Mehdi əl-Mühəndisi öldürülüb.