10 Fevral 2020 11:47
3 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri gecə saatlarında Suriyanın İdlib bölgəsinə hərbi texnikalar göndərib.

Teleqraf.com xəbər verir ki, bölgəyə göndərilən silah-sursat və hərbi texnikalar Türkiyənin İdlibdəki bazalarına dislokasiya edilib.

Bölgədə yerləşdirilənlər arasında raket sistemləri, tank, silah-sursat və zirehli texnikalar var. Bundan başqa, Türkiyənin bölgədəki canlı hərbi qüvvələrinin sayını artırdığı da bildirilib.

ABŞ-ın “Röyters” agentliyi rəsmi Ankaranın bu qərarını “böyük əməliyyat”a hazırlıq kimi xarakterizə edib.

Əlavə edək ki, ötən günlərdə Suriya ordusunun (Bəşər Əsəd) İdlibdə Türkiyənin mövqelərinə hücumunda 8 türk hərbçisi həlak olmuşdu. Olaydan sonra açıqlama verən Prezident Rəcəb Tayyib Ərdoğan bölgədə anti-terror əməliyyatlarının başlayacağını istisna etməmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər