Hakim Ədalət Partiyasının (AKP) İstanbul şəhər bələdiyyəsinin üzvü Mehmet Akif Aşıkkutlu bələdiyyə sədri Əkrəm İmamoğlunu məhkəməyə verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə AKP üzvünün özü məlumat verib.
O, İmamoğlunun İstanbul bələdiyyəsinin toplantısında onu söydüyünü iddia edib.
Bələdiyyə sədrini məhkəməyə verməyə hazırlaşan Aşıkkutlu ondan təzminat tələb edəcəyini bildirib:
“Məhkəməyə müraciət edəcəyəm, onun tərəfindən həqarətə məruz qalmışam. Mən eşitmədim, amma yanındakı divan katibi eşidib. Sonra özü də bunu təsdiq etdi.
İclasdan sonra gəldi, mənimlə beş dəqiqəlik söhbət etmək istədiyini bildirdi. Razılaşdım, kabinetinə getdik. Üzgün olduğunu dedi, məndən üzr istədi. Mən də dedim ki, hamının, kameraların qarşısında söyüb xəlvətdə istənilən üzrü qəbul etməyəcəm, bunu hamının qarşısında etmək lazımdır. Amma o, təkidlə üzgün olduğunu deyirdi, daxilində isə üzgün olub-olmadığını Allah bilirdi”.