13 Fevral 2020 14:39
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyinin Suriyadakı Tərəfləri Uzlaşdırma Mərkəzinin rəhbəri Yuriy Borenkov Qamışlı şəhəri yaxınlığındakı Əsəd rejiminə aid nəzarət nöqtəsində ABŞ konvoyunun saxlanıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Borenkov amerikalı hərbçilərlə yerli xalq arasında qarşıdurma yaşandığını bildirib.

“Bir anda ABŞ əsgərləri atəş açdı. Nəticədə 14 yaşlı uşaq həyatını itirdi, bir mülki vətəndaş isə yaralandı”, - deyə rusiyalı rəsmi qeyd edib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri qarşıdurmanı dayandıraraq, ABŞ konvoyunu hərbi bazaya qayıtmağa məcbur edib.

Yayılan məlumatlara görə, silahlı şəbbihalar da Hırbet Ammo kəndindəki Əsəd rejiminə aid nəzarət nöqtəsindən ABŞ konvoyunun keçməsinə mane olmağa çalışıb.

Tərəflər arasında gərginlik yaşanıb və ABŞ hərbçilərinin atəş açması nəticəsində bir polis ölüb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər