14 Fevral 2020 14:43
2 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İdlibdə baş verən hadisələrdən sonra Türkiyədən olan sosial şəbəkə istifadəçilərindən təhdid mesajları almağa başlamışam”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov RBC telekanalına müsahibəsində deyib.

“Mən birbaşa təhdidlər alıram”, - deyə RBC telekanalı Yerxovdan sitat gətirir.

Diplomatın sözlərinə görə, sosial şəbəkələrin türk seqmentində Rusiya əleyhinə şərhlər görünməyə başlayıb.

Səfir ona ünvanlanan bir neçə ifadədən sitat gətirib:

“Həyatla vidalaş”, “Heç kim sənə yas tutmayacaq”, “Yanmağın vaxtı gəldi” və s.

Diplomat beş il əvvəl oxşar vəziyyətin media və sosial şəbəkələrdə müşahidə olunduğunu, lakin həmin vaxt səbəbin İdlib deyil, Hələb olduğunu deyib və sələfi Andrey Karlovun ölümünü xatırlayıb.

Qeyd edək ki, Karlov 2016-cı il dekabrın 19-da Ankarada İncəsənət Mərkəzindəki sərgidə çıxışı zamanı qətlə yetirilib.

Əlavə edək ki, fevralın 3-də Suriya ordusunun (Bəşər Əsəd) İdlibə hücumu zamanı 8 türk hərbçisi və çox sayda mülki şəxs həlak olub.


Müəllif: Mənsur Rəğbətoğlu