Dünən Pakistanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin ölkənin parlamentində çıxış edib.
Teleqraf.com xəbər verir ki, Türkiyə-Pakistan dostluğundan bəhs edən Ərdoğanın sözləri əllərini masaya vuran parlament üzvləri tərəfindən tez-tez kəsilib.
Məlum olub ki, bu hərəkət Pakistan mədəniyyətində alqışlamaq mənasını ifadə edib.