İlk dəfə Misirdə koronavirus aşkar edilib.
Teleqraf.com xəbər verir ki, Misirdə əcnəbi şəxsdə Covid-19 epidemiyası test edilib və şəxs karantinə alınıb.
Misir Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirlik qeyd edib ki, faktla bağlı Ümumdünya Səhiyyə Təşkilatı bilgiləndirilib və onlardan dəstək istənilib.
Qeyd edək ki, Misir koronavirusun aşkarlandığı ikinci ərəb ölkəsidir. Buna qədər Birləşmiş Ərəb Əmirliyində koronavirus təsbit edilib.