16 Fevral 2020 11:59
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində yeni növ koronavirusa yoluxanların sayı 68,5 min nəfərə çatıb.

Teleqraf.com-un məlumatına görə, koronavirusa yoluxanlardan 1665 nəfəri ölüb, 9419 nəfəri isə sağalıb.

Bildirilir ki, hazırda 57416 nəfər xəstədir, onlardan 11272 nəfərinin vəziyyəti ağırdır.

Son sutka ərzində 2009 yeni yoluxma halı, 142 ölüm halı qeydə alınıb, 1323 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.


Müəllif: Teleqraf.com