Almaniyanın Xarici İşlər naziri Hayko Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Liviyada atəşkəs və silah embarqosu məsələlərinin müzakirə edildiyi toplantıdan sonra kritik açıqlama verib.
Teleqraf.com xəbər verir ki, alman nazir bütün tərəflərin Berlin konfransıdakı hədəfləri bir daha təsdiqlədiyini bəyan edib.
O Liviya böhranının tənzimlənməsi ilə bağlı növbəti görüşün martda İtaliyanın paytaxtı Romada keçiriləcəyini açıqlayıb.
Toplantıya BMT-nin 5 daimi üzvü olan ABŞ, Rusiya, Çin, Fransa və İngiltərə ilə yanaşı Misir, İtaliya və Birləşmiş Ərəb Əmirliklərindən də nümayəndələr qatılıb. Türkiyəni isə XİN rəhbəri Mövlud Çavuşoğlu təmsil edib.