İranın cənubundakı Hormozgan əyalətinə bağlı Kəşm adasında 5,8 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla aat 16:00-da, 13 kilometr dərinlikdə qeydə alınıb.
Saat 15:54 isə 4,4 bal gücündə daha bir zəlzələnin baş verdiyi bildirilir.
Hələlik dağıntı və ya insan tələfatı olub-olmadığına dair rəsmi açıqlama verilməyib.