17 Fevral 21:39

Pakistanın Bəlucistan əyalətinin Ketta şəhərində tədbir zamanı partlayış baş verib. Bu barədə “HaberGlobal” xəbər yayıb.

Bildirilir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub, 12 nəfər yaralanıb. Binalara və yaxınlıqdakı avtomobillərə də zərər dəyib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Partlayışa görə hələ ki heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.


Müəllif: Teleqraf.com