18 Fevral 2020 11:57
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada məscidlərə hücum edərək, dağıtmağı planlayan radikal sağ şəbəkə çökdürülüb. “Hard Core” adlı şəbəkə ölkənin fərqli əyalətlərində məscidlərə hücum edib Yeni Zelandiyadakı məsciddə baş verən terror aktına bənzər qətliam planlayırmış.

Teleqraf.com xəbər verir ki, aralarında 1-i polis olmaqla şəbəkənin 12 üzvü həbs edilib.

Həbslər Baden-Vürttemberg, Bavariya, Aşağı Saksoniya, Şimali Reyn Vestfalya və digər əyalətlərdə həyata keçirilib

Avropanın digər ölkələrindəki irqçilərlə əməkdaşlıq edən 12 nəfərdən 4-ü təşkilatın qurucusu, 8-i isə təşkilata dəstəkdə günahlandırılır.

Şəbəkə üzvləri siyasətçilərə, qaçqınlara və müsəlmanlara qarşı hücum həyata keçirməklə ölkə daxilində vətəndaş müharibəsinə bənzər hadisə yaratmaq, terror təşkilatı qurmaq və bu şəbəkəyə dəstək verməkdə ittiham edilir.

Almaniya Daxili İşlər Nazirliyi qısa müddət ərzində belə bir şəbəkənin qurulmasını gözlənilməz hadisə kimi qiymətləndirib.


Müəllif: Cavad

Oxşar xəbərlər