Misir hökuməti ölkədə pop musiqisinə qadağa tətbiq edib.
Teleqraf.com xəbər verir ki, “The Times” qəzeti Misirdə gənclər arasında populyar olan pop musiqisinə qadağa tətbiq edildiyi barədə məlumat yayıb.
Misirli musiqiçilərin Həmkarlar Təşkilatının sədri Hani Şaker bəyan edib ki, bundan sonra heç bir pop müğənnisi konsert verməyəcək:
“Bu musiqi növü cinsəlliyi təşviq edir və orada istifadə edilən sözlər tamamilə qəbuledilməzdir”.
Sevgililər Günündə keçirilməsi planlaşdırılan konsertlərin ləğv edildiyini bildirən Misir rəsmləri Qahirədəki ən böyük futbol meydançasında Həsən Şakoush və Ömər Kamalın konsertlərinin baş tutmayacaqlarını bəyan ediblər.
Qeyd edək ki, adı çəkilən müğənnilərin birgə oxuduğu “Yan evdəki qız” mahınısı “Youtube”da 100 milyondan çox izlənilib.
Müğənnilərin özləri isə səhv etdiklərini deyərək üzr istəyiblər.