Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan Konstitusiya islahatları üçün qurulmuş “Yox” adlı bloka qoşulmaq niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Köçəryanın özü məlumat verib.
Onun sözlərinə görə, “böyük axmaqlıq” hesab etdiyi “konstitusiya dəyişiklikləri üzrə referendum” adlanan qanunsuz prosesdə iştirak etmək fikrində deyil.
“Əslində, bütün bunlar prosesin təşəbbüskarları üçün lazımdır”.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, general Artur Vanetsyanın qurduğu partiya ilə mümkün əməkdaşlığa gəlincə, Levon Köçəryan belə bir əməkdaşlığın zəif təsəvvür edildiyini qeyd edib. Lakin hələlik bu barədə yekun qərarın məlum olmadığını deyib. Özü də böyük siyasətə girməyə tələsmir.