“Ümumi mənada Dəməşqlə eskalasiya Rusiya ilə qarşıdurma deməkdir. Bu, çox təhlükəlidir. Habelə, hava məkanına Moskvanın nəzarət etməsinə baxmayaraq, tamhüquqlu hərbi əməliyyat keçirmək böyük itkilərə səbəb olacaq. Bundan əlavə, İran faktorunu da unutmamalıyıq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Moskvadakı keçmiş səfiri Adnan Sezgin deyib.
Keçmiş səfir böhranın həlli kimi aşağıdakı addımları görür:
“Atəşkəs. Türkiyə İdlibdəki təhlükəsizlik zonasına nəzarəti ələ keçirir. Lazım gələrsə, M4 və M5 avtomobil yollarının təhlükəsizliyində yaxından iştirak edir və mülki şəxslərin üzləşdiyi faciəni dayandırır”.
Onun sözlərinə görə, Rusiya tərəfi ilə danışıqlar və razılaşmalar yolu ilə bölgədə təhlükəsiz zona yaratmaq mümkündür.