Birləşmiş Millətlər Təşkilatı Suriya Prezidenti Bəşər Əsədə mülki şəxslərin münaqişə bölgəsindən keçməsinə icazə verilməsi üçün çağırış edib.
Teleqraf.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Əsəd rejimi və havadarlarını münaqişə bölgəsində humanitar dəhlizlər açılması və mülki şəxslərin keçməsinə izn verilməsinə çağırıb.
Onun sözlərinə görə, ölkənin şimal bölgəsindəki böhran dəhşətlidir.
Qeyd edək ki, 2020-cı ilin əvvəlindən Suriya ordusunun Hələb və İdlibə yönəlik silahlı hücumu zamanı 299 şəxsin öldüyü bildirilir.