20 Fevral 2020 21:36
2 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İdlibdəki əməliyyatlarda Rusiya və Əsəd rejimi ilə mübarizə aparmaq üçün ABŞ-dan 2 ədəd Patriot sistemi istədiyinə dair iddiaları rədd edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi "Blomberq" agentliyinin rəsmi Ankaranın ABŞ-dan 2 ədəd "Patriot" ZRK batareyası istədiyi barədə yaydığı xəbərin həqiqətə uyğun olmadığını bəyan edib.

Xatırladaq ki, Rusiya hərbi təyyarələri İdlibdə irəliləyən türk əsgərlərini və müxalifləri bombalayıb. Nəticədə iki türk əsgəri həlak olub, 5-i yaralanıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər