22 Fevral 2020 10:00
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstana gedən üç İran vətəndaşı koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin üçü də bir ailənin üzvüdür: "İran vətəndaşlarının birində temperatur və müvafiq simptomlar qeydə alınıb. Buna görə də onlar Tbilisi Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Orada müvafiq yoxlamalar aparılır"./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər