22 Fevral 2020 14:12
9 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Quru Qoşunlarının arsenalında olan “TRG-300 KAPLAN” raketləri və avadanlıqları Suriya ilə sərhədə göndərilib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib vilayətində yeni müşahidə məntəqəsi inşa etdiyi də açıqlanıb.

Bölgədəki Rusiya hərbi qüvvələrinin Azad Suriya Ordusunun mövqelərinə qarşı hava zərbələrinin sayının artdığı bildirilib. Bundan sonra Türkiyə Silahlı Qüvvələri radarlar əleyhinə “Koral” sistemlərini Suriya ilə sərhədlərə dislokasiya etmək barədə qərar verib.


Müəllif: Mənsur Rəğbətoğlu