23 Fevral 2020 12:30
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Türkiyə-İran sərhəddində zəlzələ nəticəsində 7 türk vətəndaşının həyatını itirdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir 3-ü uşaq olmaqla 8 nəfərin həlak olduğunu deyib.

Onun sözlərinə görə, zəlzələ Van, Hakkari və İğdırda hiss olunub, zəlzələ nəticəsində 5 nəfər yaralanıb.

Soylu dağıntılar altında qalan insanların xilas edilməsi üçün gücləndirilmiş iş aparıldığını vurğulayıb: "7 vətəndaşımızı itirdik, dağıntılar altında olanlar var".

Qeyd edək ki, bu gün İranın Türkiyə ilə sərhəddindəki Xoy şəhərində 5,9 bal gücündə zəlzələ olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər