23 Fevral 2020 22:36
1 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinin ilk mərhələsinin nəticələrinə müdaxiləsi kifayət qədər təsirli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, Moskva demokratların namizədi Berni Sandersin qələbə qazanması üçün nəticələri dəyişib. Məlumata görə, Ayova, Nyu-Hempşir ştatlarında uğurlu nəticə əldə edən Sandersin, Nevada seçkilərində də ilk mərhələdən qalib ayrılması Rusiyanın müdaxilə nəticəsində olub.

Qeyd edək ki, ötən gün ABŞ mətbuatında Rusiyanın seçkilərə müdaxiləsi barədə xəbərlər yayılıb. ABŞ kəşfiyyatı məsələ barədə hakim dairələri məlumatlandırıb.

2016-ci ildə Rusiyanın prezident seçkilərinin yekun nəticələrinə müdaxilə etdiyi barədə iddialar yayılmışdı. Bu qərb mediasında “ABŞ-da Rusiyanın istədiyi prezident seçilir” müzakirələrini gündəmə gətirib.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər