ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya arasındakı münasibətlərdə sülh istədiyini deyib.
Teleqraf.com xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Tramp rusiyalı həmkarı Vladimir Putinin açıqlamasına cavab verib.
“Çox istərdim ki, razı olsunlar. Birləşib bir-birlərinə qovuşsalar, bu, bütün dünya üçün gözəl olardı”, - Amerika prezidenti qeyd edib.
Əlavə edək ki, bundan əvvəl Vladimir Putin verdiyi açıqlamada Rusiya və Ukraynanın bir-birinə Moskvanın qlobal rəqibinə (ABŞ) görə, soyuq münasibətdə olduqlarını bildirib.