24 Fevral 2020 21:16
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyə ilə yeni danışıqların başlayacağını bildirib.

Teleqraf.com xəbər verir ki, Moskva və Ankaranın Suriyanın İdlib bölgəsi ilə bağlı növbəti danışıqlara hazırlaşdığını deyən nazir İdlibin terrorçulardan təmizlənməsi üçün iki ölkənin razılığa gələcəyinə ümidini ifadə edib.

“Ümid edirəm ki, Rusiya və Türkiyə hərbçiləri arasında diplomatlar və təhlükəsizlik xidmətlərinin əməkdaşlarının iştirakı ilə davam edəcək danışıqlar müsbət nəticə verəcək və biz terrorçuların Suriyanın bu hissəsində hökmranlıq etməsinin qarşısını ala biləcəyik”, - nazir bildirib.


Müəllif: Mənbə/Axar.az