25 Fevral 2020 10:53
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da qiyamçı Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftar barəsində cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Haftarın cinayət dosyesini araşdıran amerikalı vəkil Kevin Karoll açıqlama verib.

Vəkil Liviya müharibəsi qurbanları və zərərçəkənlərin ailələrinin Haftarı məhkəməyə verilməsini tələb etdiklərini bildirib:

“Haftar və adamları uzun illər Virciniyada yaşayıb, onun Amerikada böyük sərvəti var. Buna görə də, Amerika məhkəməsi qarşısında cavab verməlidir. Haftar törətdiyi cinayətin əvəzini ödəyəcək”.

Karoll Xəlifə Haftarı beynəlxalq hüquq normalarını və Liviyaya dair əldə edilmiş anlaşmaların şərtlərini pozmaqda ittiham edib.

Vəkil liviyalı generalın ABŞ-da 17 mülkünün olduğunu açıqlayaraq, məhkəməyə gəlməyəcəyi halda, mülklərinin müsadirə olunacağını bildirib.

Karroll Haftar və ailəsinin bu mülklərin bəziları üçün 8 milyon dollar nağd pul ödədiyini də açıqlayıb.

Liviyadakı vətəndaş müharibəsi çərçivəsində general Haftar barəsində ABŞ və İngiltərədə üç dəfə cinayət işi açılıb.


Müəllif: Mənsur Rəğbətoğlu