ABŞ Prezidenti Donald Trampın administrasiyası koronavirus infeksiyası (KOVİD-19) ilə mübarizə üçün ABŞ Konqresindən əlavə 2,5 milyard dollar istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadla “Politico” nəşri xəbər yayıb.
Bu vəsaitin 1 milyard dollardan çoxunun KOVID-19 əleyhinə peyvəndin hazırlanmasına xərclənəcəyi planlaşdırılır. ABŞ Prezident Administrasiyasının Konqresdən tələbində ebola virusu ilə mübarizə üçün əvvəllər ayrılmış, lakin xərclənməmiş vəsaitin istifadəsi də təklif olunur.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının koronavirusla mübarizə üçün əlavə 230 milyon avrodan çox pul ayıracağı bildirilmişdi.