İranın Gilan vilayətində 21 fevralda 11-ci parlament seçkilərində deputat seçilən Məhəmməd Əli Ramazani Dəstək dünyasını dəyişib.
Bu barədə İran KİV-i məlumat verib.
Yeni seçilən iranlı deputatın ölüm səbəbi qrip göstərilib.
Ramazani Dəstək İran-İraq arasında 1980-1988-ci illərdə uzun sürən müharibədə iştirak edib.
Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 34 nəfər dünyasını dəyişib, 388 nəfər bu virusa yoluxub.
İranda sayca 11-ci parlament seçkiləri 21 fevralda keçirilib. Parlament seçkilərində mühafizəkarlar qalib gəliblər. Seçkilərdə seçici fəallığı 42,5% olub./Trend/