1 Mart 2020 21:28
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada sürətlə yayılan koronavirus epidemiyasına görə kütləvi tədbirlər təxirə salınır.

Teleqraf.com xəbər verir ki, fevralın 29-da Fransa bütün ictimai tədbirlərin ləğv olunmasını elan edib. Bu, prezident Emmanuel Makronun iştirakı ilə Yelisey sarayında fövqəladə iclasından sonra baş verib. Ləğv edilmiş böyük tədbirlər sırasında 44 min idmançının iştirak edəcəyi Paris marafonu, Kannda daşınmaz əmlak investisiyalarının sərgisi, Ansi şəhərində karnavalı var. Parisdə Kənd Təsərrüfatı sərgisi 1 gün qısaldılır. 15 və 22 mart tarixlərində nəzərdə tutlmuş bələdiyyə seçkilərinin ləğvi qərarı hələ verilməyib.

Daha əvvəl bənzər addımı İsveçrə də atıb. Orada 1000-dən çox insanın iştirak edəcək tədbirlər ləğv edilir. Bu tədbirlərdən ən mühümü 600 mindən artıq insanın iştirak edəcəyi Cenevrə avtosərgisidir.

Berlində dünyanın ən iri turizm sərgisi ləğv edilib. Koronavirus Sars-CoV-2 ilə bağlı vəziyyətin gərginləşməsi səbəbindən Almaniyada dünyanın ən böyük İTB turizm yarmarkasının təşkilatçıları tədbirin keçirilməsindən imtina barədə qərar qəbul ediblər. Bu barədə ITB-nin rəsmi nümayəndəsi fevralın 28-də bildirib. Yarmarka martın 4-dən 8-dək Berlində keçməli idi. Orada turizm biznesi ilə məşğul olan on mindən artıq şirkətin iştirak edəcəyi nəzərdə tutulurdu. Təşkilatçılar yarmarkada 160 mindən çox daimi və yeni müsafirlərinin olmasını gözləyirdilər.

İtaliyada bir sıra mədəni tədbirlərin təşkilatçıları kitab təqdimatları və sərgilər, mətbuat konfransları və premyeralar kimi tədbirləri koronavirusun yayılmasına görə ləğv edir və ya köçürürlər. Virusun yayıldığı ocaqlarının Lombardiya və Veneto vilayətlərində, Milandakı "La Skala" və Venesiyadakı "La Feniçe" daxil olmaqla bütün teatrlar, muzeylər, kitabxanalar, qalereyalar bağlanıb. Yoluxma qeydə alınmayan Liqurianın ən gözəl turizm məkanları bağlıdır. Həftənin sonuna qədər şəhərin mərkəzi sərgi salonu olan Genuya Akvariumu və Palazzo Dukale ziyarətçiləri qəbul etmir. Analoji tədbirlər Friuli-Venesiya-Ciulia və Trentino-Alto-Adidje bölgələrində tətbiq edilir.

Mədəniyyət Nazirliyi bütün dövlət muzeylərində həftənin ilk bazar günü keçirilən "pulsuz muzey" aksiyasını ləğv edib. "Martın 1-də muzeyləri, arxeoloji parkları və digər görməli yerləri pulsuz ziyarət etməyə imkan verən aksiya dayandırılacaq", - qurumun məlumatında deyilir. Səhiyyə Nazirliyinin sərəncamına və Nazirlər Kabinetinin qərarına əsasən məktəb ekskursiyalarının bütün proqramları dayandırılır. Kinoteatrların bağlanması nəticəsində bir neçə bölgədə iki filmin ekranlara çıxması təxirə salınıb. RAI News 24 kanalının məlumatına görə, artıq nümayiş etdirilən filmlərə tamaşaçı sayı da əhəmiyyətli dərəcədə azalıb.

Koronavirusun yayılması ilə əlaqədar olaraq Çinin özündə bir neçə tədbir təxirə salınıb, bəzi ictimai yerlər isə bağlanıb. Pekin rəhbərliyi "Qadağan olunmuş şəhər" və Böyük Çin səddinin bir hissəsi də daxil olmaqla, böyük turizm obyektlərini bağlayıb. Təxirə salınmış digər tədbirlərə isə, Pekindəki ənənəvi məbəd yarmarkaları, Honq Konqda beynəlxalq karnaval və Makaodakı yeni il bayram tədbirlərinin ictimai qeyd olunması daxildir.

Uhan şəhərində keçirilməli olan boks və qadın futbolu üzrə Olimpiya oyunlarının təsnifat mərhələsi təxirə salınıb. Çinin idman məsələləri üzrə dövlət idarəsi koronavirusa görə bütün idman təbirlərini aprelə qədər təxirə salıb.

Şanxayın "Disney Resort" tematik əyləncə parkı həmçinin bildirib ki, xəstəliyin nəzarətə alınması və yayılmasının qarşısının alınması üçün park müəyyən müddətə bağlanır.

Bütün Çin ərazisində səyahətlərə məhdudiyyətlər qoyulub ki, bu da 10 şəhərdə 20 milyon insana təsir göstərib. Uhanda bütün avtobus, metro və bərə xidmətləri dayandırılıb, təyyarə və qatar reysləri əxirə salınıb.

Mərkəzi Çinin Çibidən Syaninə qədər 13 başqa meqapolisi də eyni aqibətlə üzləşib.

Qonşu Gürcüstanda İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti yaz semestrinin başlanğıcını ölkənin Təhsil Nazirliyinin təlimatlarına əsasən martın 2-dən 16-na keçirib.Yeni koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Gürcüstanın dövlət məkbətlərində yaz tətillərini 2 həftə tez - martın 2-də başlamaq qərara alınıb. Tətillər martın 16-dək davam edəcək. Uşaq bağçalarında da təlimlər 2 həftə dayandırılıb. Bu müddət ərzində tədris müəssisələrində dezinfeksiya aparılmalıdır. Gürcüstan Təhsil Nazirliyi analoji tövsiyələrlə özəl məktəblərə də müraciət edib. Universitetlərə və peşə məktəblərinə yaz semestrinin başlanğıcını təxirə salmaq tövsiyə olunub.

Yaponiyada kütləvi tədbirlər ləğv edilib, bazar ertəsindən məktəblərin əksəriyyəti bağlanacaq. Tokio və Osakada bu il martın ikinci yarısında baş verən ənənəvi sakura çiçəklənməsi bayramı qeyd edilməyəcək. Şənbə günündən başlayaraq martın ortasınadəki Disneylend və digər attraksion parkları bağlanb. Şimalda yerləşən Hokkaydo adasında xəstəlik hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Polşada bir sıra şəhərlərin merləri koronavirus təhlükəsi ilə əlaqədar bütün kütləvi tədbirləri ləğv edib.

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı bildirib ki, yaxın günlərdə birgə iclasın təxirə salınması ilə bağlı müzakirələr keçirəcək. 2020-ci ildə birgə iclasn aprelin 13-19-da Vaşinqtonda keçirilməsi planlaşdırılırdı. Bu tədbirdə adətən 190-a yaxın ölkədən 28000 nümayəndə heyəti, çoxsaylı jurnalistlər və müşahidəçilər iştirak edir.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər