1 Mart 2020 23:23
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada koronavirusa yoluxanların sayı sürətlə artır.

Teleqraf.com xəbər verir ki, son məlumatlara görə, artıq ölkədə xəstəlik aşkar edilmiş insanların sayı 1694 nəfərə çatıb.

Bu vaxta qədər 34 nəfər xəstəlikdən ölüb, 80 nəfər isə sağalıb.

İtaliyanın Vətəndaşları Müdafiə Departamentinin rəisi Ancelo Boryelli bildirib ki, koronavirusa yoluxmaqda şübhəli bilinənlərin 51%-i öz evlərində karantin şəraitində qalırlar.

Yoluxanların 9%-i isə intensiv müalicə alır.

Qeyd edək ki, İtaliya Avropada virusun ən çox yayıldığı ölkədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər