4 Mart 2020 14:20
1 918
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlib məsələsi ilə bağlı Rusiya ilə bir neçə razılaşma olsa da, onların həyata keçirilməsində problemlər yaşayırıq.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar sabah Rusiya və Türkiyə prezidentləri arasında keçiriləcək görüşə münasibət bildirərkən deyib.

“Bizim məqsədimiz bölgədə sülhün təmin edilməsidir. Bunu cənab Putinə də çatdıracağıq. Lap əvvəldən biz mövqeyimizi ortaya qoymuşuq. Axan qanı dayandırmaq və bölgəyə sülh gətirmək üçün daima çalışırıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bölgədə əmin-amanlığın təmin edilməsinə, Rusiya ilə razılaşdırılan məsələlərin reallaşmasına çalışır”, - nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər