4 Mart 2020 19:48
4 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisində AKP və CHP deputatları arasında dava olub.

Teleqraf.com xəbər verir ki, CHP millət vəkili Engin Özkoç TBMM-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhqir edib.

AKP-çilər isə Özkoçun çıxışına etirazlarını bildiriblər, daha sonra mübahisə əlbəyaxa davaya çevrilib.

Qeyd edək ki, Engin Özkoç Ərdoğanın "Türkiyənin mücadiləsini ləkələmək istəyənlər alçaqdır, şərəfsizdir, xaindir" ifadələrinə sərt reaksiya verib.

Ankara prokurorluğu Özkoç haqqında "Cümhur başqanına həqarət" ittihamı ilə cinayət işi açıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər