5 Mart 2020 15:34
12 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ədoğan arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, Suriya böhranı ətrafında gedən müzakirələrdə artıq ilk açıqlamlar verilib.

Putin İdlibdə türk əsgərlərinin şəhid olmasına görə həmkarına başsağlığı verib:

“Bu kimi olayların təkrarlanmaması haqda danışacağıq. Suriya ordusu da daxil olmaqla, kimsə türk hərbi qüvvələrinin orada olduğunu bilmirdi. Suriya ordusunun ciddi itkiləri var. Hesab edirəm ki, Suriyadakı son prosesləri müzakirə etməyə ehtiyac var. Türkiyə-Rusiya münasibətlərinin zərər görməsini istəmirik”.

Ərdoğan isə çıxışında ikitərəfli münasibətlərin yüksək inkişaf dönəmindən keçdiyini bildirib: “Münasibətlərin daha da inkişaf etdirilməsini istəyirik. Burada verəcəyimiz qərar hər iki ölkəni rahat salacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər