6 Mart 2020 00:28
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağdadda ABŞ səfirliyinin yerləşdiyi əraziyə 2 raket zərbəsi endirilib.

Teleqraf.com xəbər verir ki, hücumdan sonra ərazidə partlayış səsləri eşidilib. Ardınca həyəcan siqnalları işə düşüb. Yerli mənbələrin məlumatına görə, hücumun hədəfində ABŞ səfirliyi olub.

Fəsadlara dair məlumat yoxdur. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, ABŞ səfirliyinin yerləşdiyi “Yaşıl bölgə”də bir sıra dövlət və hökumət binaları yerləşir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər