6 Mart 2020 11:01
2 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə və Rusiya arasında əldə edilən İdlibdə atəşkəs anlaşması, təhlükəli vəziyyətin aradan qaldırılması üçün ümid yaradır”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd edilib.

“Bu gün İdlibdə təhlükəli vəziyyətin aradan qaldırılmasına, Əsəd rejimi, Rusiya, İran və Hizbullah qüvvələrinin mülki insanların yaşadığı bölgələrə hücumları nəticəsində ortaya çıxan qorxunc mənzərəni dəyişdirəcəyinə ümid etdiyimiz Rusiya-Türkiyə anlaşmasını dəstəkləyirik”, - açıqlamada qeyd edilib.

Bununla yanaşı, Dövlət Departamenti rəsmi Ankaranın Rusiya və Türkiyə Prezidentləri arasında baş tutan görüşün detallarını müttəfiq ABŞ-la bölüşəcəyinə ümid etdiyini də bildirib:

“Bundan sonra ən önəmli məsələ, Əsəd və müttəfiqlərinin bu anlaşmanı yerinə yetirib-yetirməyəcəyi ilə bağlıdır”.

Dünən Moskvada prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında baş tutan görüşdə atəşkəs anlaşması əldə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər