8 Mart 2020 09:24
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda Prezident Administrasiyası fəaliyyətini martın 8-dən 16-dək məhdudlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu qərar olkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə qəbul edilib.

Administrasiyanın yaydığı məlumatda martın 8-dən 16-dək Orbeliani sarayında rəsmi tədbirlərin keçirilməyəcəyi və vətəndaşların qəbuluna da məhdudiyyətlər tətbiq olunacağı bildirilir.

Müxtəlif məsələlərlə bağlı Prezident Administrasiyasına müraciət etmək üçün vətəndaşlar “qaynar xətt” və ya rəsmi elektron poçt ünvanı ilə əlaqə saxlaya biləcəklər.

Bu məhdudiyyətlərə baxmayaraq, Administrasiya adi rejimdə fəaliyyətini davam etdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər