İranın Xarici İşlər naziri Məhəmməd Cavad ABŞ-ı İranın koronavirusa qarşı apardığı mübarizəsinə mane olmaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, Zərif Tvitter hesabında paylaşımında Trampın ünvanına sərt ifadələr işlədib.
"Vətəndaşlarımız öldüyü halda Donald Tramp İranın Covid-19-la mübarizəsində ehtiyac duyduğu mənbələrlə əlaqəsini kəsmək məqsədilə qanunsuz sanksiyaları qəsdən artırır. Dünya ABŞ-ın iqtisadi terrorizmi tibbi terrorizmə çevirməsinə səssiz qala bilməz", - deyə İran XİN rəhbəri qeyd edib.